Son dəqiqə

Azərbaycan BMT Fərid Qayıbov Xankəndi Ağdərə Xocalı 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) İlqar İsbatov Azərbaycan Gənclərinin XI Forumu Səbuhi Qəhrəmanov Gülşən Rzayeva Anna Soave

Xankəndidə Azərbaycan Gənclərinin XI Forumu keçirilir

BAKI, TurkicWorld

Xankəndi şəhərində Azərbaycan Gənclərinin XI Forumuna start verilib.

TurkicWorld xəbər verir ki, forumda gənclər və idman naziri Fərid Qayıbov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini İlqar İsbatov, WUF13-ün Milli koordinatorunun müavini Gülşən Rzayeva və BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave iştirak edirlər.

Forumda “Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti” və “Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq” mövzularında panel sessiyaların keçirilməsi nəzərdə tutulub.

Mövzuya görə xəbərlər