Gənclər və idman naziri Fərid Qayıbov III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayının artdığını bildirib.
Nazir qeyd edib ki, Atletlər Federasiyası ilə birgə təşkil olunan ultramarafon artıq üçüncü dəfə keçirilir. Yarış ilk dəfə Xankəndidən start götürüb, son iki ildə isə finiş xətti bu şəhərdə qurulur.
Onun sözlərinə görə, iştirakçılar 192 kilometrlik məsafəni dörd gün ərzində qət edirlər. Bu il yarışda altı ölkənin nümayəndələri iştirak edib. İştirakçıların yarıdan çoxunun azərbaycanlı olması sevindirici haldır.
Fərid Qayıbov qadınların da yarışda fəal iştirak etdiyini vurğulayıb. O bildirib ki, iştirakçıların 25 faizini qadınlar təşkil edir.
Nazir finişə çatan idmançıları təbrik edib və azad edilmiş ərazilərdə keçirilən idman tədbirinin əhəmiyyətini qeyd edib.







