Son dəqiqə

Azərbaycan Prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ƏƏSMN Milli Paralimpiya Komitəsi Gənclər və İdman Nazirliyi Fərid Qayıbov Çingiz Hüseynzadə Anar Əliyev Sosial Xidmətlər Agentliyi Azercell Sumqayıt DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Hidayət Abdullayev

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi və "Azercell Telecom" MMC-nin tərəfdaşlığı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.

TurkicWorld-un məlumatına görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov, İdman Akademiyasının rektoru Fuad Hacıyev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycanda milli paralimpiya hərəkatının ötən illər ərzində böyük inkişaf yolu keçdiyi, Prezident İlham Əliyevin paralimpiya idmanına göstərdiyi xüsusi diqqət nəticəsində idmançıların tarixi uğurlar qazandığı vurğulanıb. Qeyd edilib ki, uşaq paralimpiyaçılar da bu nailiyyətləri davam etdirmək əzmindədirlər.

Tədbirdə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin yaradıcı heyəti musiqi nömrələri təqdim edib.

Oyunlarda 130 uşaq paralimpiyaçı iştirak edib və 8 idman növü üzrə mübarizə aparıblar: paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma və boccia. Bu ilki Oyunlar əvvəlkilərə nisbətən daha çox idman növünü əhatə edib.

Sonda qaliblər mükafatlandırılıb, digər iştirakçılara isə sertifikat və hədiyyələr təqdim olunub. Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi əlilliyi olan uşaqları idmana cəlb etmək və onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə Azərbaycanı beynəlxalq arenalarda təmsil edəcək yeni paralimpiyaçı nəslini yetişdirməkdir.

Mövzuya görə xəbərlər