Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku çərçivəsində "AGF Trophy" mükafatı təqdim olunub

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kuboku çərçivəsində "AGF Trophy" mükafatı təqdim olunub

Fevralın 13-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının xüsusi təsis edilmiş mükafatı "AGF Trophy" kubokunun təqdim olunub.

Trend-in məlumatına görə, ən yüksək icra xalına görə "AGF Trophy" Rusiya gimnastı Meri Qolota və Belarus idmançısı İvan Litvinoviçə təqdim edilib.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.

İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.