Son dəqiqə

PKK İraq Məhəmməd əl-Sudani

İraqda PKK-ya bağlı bütün strukturları qadağan edilib

Bakı. TurkicWorld:

İraqda PKK terror təşkilatına bağlı bütün strukturları qadağan edilib

TurkicWorld xəbər verir ki, bu barədə İraqın baş naziri Məhəmməd Şia əl-Sudani deyib.

“Konstitusiyamız İraq ərazisinin hər hansı silahlı qrupun qonşu ölkələri hədəf alması üçün yer olmasını qadağan edir. Ona görə də milli təhlükəsizlik baxımından İraq Milli Təhlükəsizlik Şurasında verdiyimiz qərarla PKK-ya bağlı bütün strukturları qadağan olunmuş elan etdik.” – deyə Sudani qeyd edib.

O bildirib ki, regionun təhlükəsizliyini təhdid edən silahlı birləşmələrin fəaliyyətinə imkan vermək heç kimin marağında deyil.

“Biz əməkdaşlıq və gələcək üçün ən mühüm investisiyalardan biri olan kənd təsərrüfatı sektoruna da diqqət yetirdik. Tezliklə görəcəyik ki, türk şirkətlərinin iştirakı ilə bu sahədə ciddi irəliləyişlər əldə edəcəyik.” – deyə Sudani əlavə edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər