Son dəqiqə

İraq Səudiyyə Ərəbistanı Dron hücumu Nizar Amidi Şərq-Qərb neft kəməri

İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İraq Prezidenti Nizar Amidi Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumları pisləyərək ölkəsinin ərazisinin qonşu dövlətlərə hücum üçün istifadə edilməsinə imkan verilməyəcəyini bildirib.

TurkicWorld xəbər verir ki, Nizar Amidi yaydığı bəyanatda İraqın ərazisi və hava məkanının qonşu ölkələrə qarşı hücumların başlanğıc nöqtəsi kimi istifadəsini qəbul etməyəcəyini vurğulayıb.

“İraq öz ərazisinin və ya hava məkanının qonşu ölkələrə qarşı hücumların həyata keçirilməsi üçün istifadə edilməsini qəbul etməyəcək”, – bəyanatda qeyd olunub.

Amidi əlavə edib ki, İraqın suverenliyinin qorunması və ölkənin region dövlətləri ilə münasibətlərinin saxlanılması dövlətin və onun konstitusiya təsisatlarının məsuliyyətidir.

Açıqlama Səudiyyə Ərəbistanının strateji Şərq-Qərb neft kəmərinə pilotsuz uçuş aparatları ilə hücumdan sonra verilib. İlkin məlumatlarda hücumda istifadə olunan pilotsuz uçuş aparatlarının İraq ərazisindən buraxıldığı bildirilir.

Mövzuya görə xəbərlər