Son dəqiqə

İraq Tunis

İraq və Tunis birbaşa uçuşların başlamasını müzakirə edib

Bakı. TurkicWorld:

İraq və Tunis birbaşa uçuşların başlamasını müzakirə edib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, müzakirələr İraqın nəqliyyat naziri Razak Əl-Sədavi və Tunisin Xarici İşlər, Miqrasiya naziri Nabil Əmmar arasında aparılıb.

Bağdadda keçirilən görüş zamanı hər iki tərəf bu marşrutu həyata keçirmək və onun davamlılığını təmin etmək üçün bütün lazımi addımları sürətləndirmək qərarına gəlib.

Əmmar, Bağdad ilə Tunis arasında birbaşa uçuşların başlanmasında maraqlı olduğunu ifadə edərək, iraqlılara giriş vizalarının ən qısa zamanda veriləcəyini qeyd edib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər