Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi (TİM) Türkiyənin mebel ixracı MebelSənayesi

May ayında Türkiyənin mebel məhsulları ixracı azalıb (ÖZƏL)

BAKI,TurkicWorld Orxan Qədirzadə

2026-cı ilin may ayında Türkiyənin mebel məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz azalaraq, 592 milyon 576 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2026-cı ilin yanvar-may aylarında Türkiyənin mebel məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz azalaraq, 3 milyard 53 milyon 387 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (may 2026 - may 2025) Türkiyə 7 milyard 809 milyon 588 min dollar məbləğində mebel məhsulları ixrac edib.

Mövzuya görə xəbərlər