Son dəqiqə

Türkiyə Ticarət nazirliyi sement Türkiyənin ixracatı Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyənin sement ixracı fevral ayında artıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-cı ilin fevral ayında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artaraq, 337 milyon 19 min dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2026-cı ilin yanvar-fevral aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 653 milyon 987 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (fevral 2026 - fevral 2025) Türkiyə 4 milyard 515 milyon 481 min dollar məbləğində sement ixrac edib.

Mövzuya görə xəbərlər