Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı gəmi və yaxta ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə İxracatçılar Məclisi (TİM)

Türkiyənin dəri ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 azalaraq, 986 milyon 646 min dollara bərabər olub.

Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin avqust ayında Türkiyə 137 milyon 420 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 1 milyard 477 milyon 735 min dollar məbləğində dəri ixrac edib.

Mövzuya görə xəbərlər