Son dəqiqə

Türkiyə Ticarət nazirliyi Türkiyənin ixracatı İyul statistikaları 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası İxracat

İyul ayında Türkiyədən Türkmənistana mebel ixracı artıb (ÖZƏL)

Baku, TurkicWorld, Zeynəb Raminqızı

Türkiyə 2025-cü ilin iyul ayında Türkmənistana mebel ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,6 faiz artaraq, 7 milyon 385 min 40 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Türkmənistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz azalaraq, 25 milyon 915 min 34 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz artaraq, 4 milyard 508 milyon 570 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 3 milyard 837 milyon 870 min dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 2,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 7 milyard 901 milyon 149 min dollar məbləğində mebel ixrac edib.

Mövzuya görə xəbərlər