Son dəqiqə

Türkiyə Ticarət nazirliyi polad İyul statistikaları 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə polad ixracı

İyul ayında Türkiyədən Türkmənistana polad ixracı 13 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld, Zeynəb Raminqızı

Türkiyə 2025-cü ilin iyul ayında Türkmənistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 faiz artaraq, 13 milyon 886 min 31 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Türkmənistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 62,6 faiz artaraq, 82 milyon 849 min 32 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 9 milyard 615 milyon 343 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 370 milyon 483 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 16 milyard 419 milyon 845 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər