Son dəqiqə

Türkiyə Ticarət nazirliyi polad İyul polad istehsalı İyul statistikaları 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 2024 və 2025 polad ixrac müqayisəsi Türkiyə polad ixrac həcmi Türkiyə polad ixrac statistikası Türkiyə polad sənayesi Türkiyə polad ixracı

İyul ayında Türkiyədən Qazaxıstana polad ixracı 2 milyon dollara çatıb (ÖZƏL)

Bakı. TurkicWorld

Türkiyə 2025-cü ilin iyul ayında Qazaxıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azalaraq, 2 milyon 80 min 66 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyul aylarında Türkiyədən Qazaxıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 62 faiz artaraq, 22 milyon 732 min 59 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artaraq, 9 milyard 615 milyon 343 min dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1 milyard 370 milyon 483 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 3,2 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2024-iyul 2025) Türkiyə 16 milyard 419 milyon 845 min dollar məbləğində polad ixrac edib.

Mövzuya görə xəbərlər