Son dəqiqə

Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Türkiyə hava limanları Qaziantep beynəlxalq hava limanı sərnişin təyyarələri Türkiyədə hava nəqliyyatı 2025

Qaziantep hava limanında sərnişindaşıma 650 min nəfəri keçib (ÖZƏL)

Bakı, TurkicWorld

2025-ci ilin mart ayında Türkiyənin Qaziantep Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 665 min 870 nəfər olub.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 1 faiz azalaraq, 556 min 304 nəfər, beynəlxalq reyslər üzrə isə 56 faiz artaraq, 109 min 566 nəfər təşkil edib.

2025-ci ilin mart ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 6 min 788 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 4 min 788 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 54 faiz artaraq, 2 min ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin mart ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin mart ayı ilə müqayisədə 22 faiz artaraq, 6 min 167 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 19 faiz artaraq, 5 min 417, beynəlxalq reyslər üzrə isə 61 faiz artaraq 750 olub.

2025-ci ilin mart ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 45 milyon 139 min 958 nəfər, yük daşınması isə 1 milyon 38 min 913 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Mövzuya görə xəbərlər