Son dəqiqə

Adana Beynəlxalq Hava Limanı

Adana hava limanında sərnişindaşıma 2 milyon nəfəri keçib(ÖZƏL)

Bakı.TurkicWorld

2024-cü ilin iyul ayında Türkiyənin Adana Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz arataraq, 2 milyon 982 min 697 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq, 2 milyon 407 min 994 nəfər, beynəlxalq reyslər üzrə isə 28 faiz artaraq 574 min 703 nəfər təşkil edib.

2024-cü ilin iyul ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 30 min 448 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin iyul ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 22 min 173 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 19 faiz artaraq, 8 min 275 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin iyul ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə artmayaraq, 27 min 389 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz azalaraq, 22 min 827, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 4 min 562 olub.

Bu ilin iyul ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 129 milyon 602 min 954 nəfər, yük daşınması isə 2 milyon 740 min 269 ton təşkil edib.