Bakı, TurkicWorld
2024-cü ilin avqust ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz arataraq, 25 milyon 968 min 596 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq, 4 milyon 465 min 529 nəfər, beynəlxalq reyslər üzrə isə 8 faiz artaraq 21 milyon 503 min 67 nəfər təşkil edib.
2024-cü ilin avqust ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq 309 min 497 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin avqust ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 42 min 578 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 4 faiz artaraq, 266 min 919 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin avqust ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 4 faiz artaraq, 159 min 94 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 31 min 55, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 128 min 39 olub.
Bu ilin avqust ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 154 milyon 764 min 587 nəfər, yük daşınması isə 3 milyon 233 min 453 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.