Bakı. TurkicWorld:
2023-cü ilin noyabr ayında Türkiyənin Adana Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 21 faiz artaraq, 4 milyon 317 min 519 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, noyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 18 faiz artaraq 3 milyon 507 min 560 nəfər, beynəlxalq reyslər üzrə isə 36 faiz artaraq 809 min 959 nəfər təşkil edib.
Bu ilin noyabr ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq 45 min 439 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin noyabr ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9 faiz artaraq, 33 min 507 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 8 faiz artaraq, 11 min 931 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2023-cü ilin noyabr ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq, 43 min 249 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 7 faiz dəyişərək 36 min 295, beynəlxalq reyslər üzrə isə dəy 6 min 954 olub.
2023-cü ilin noyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 199 milyon 648 min 144 nəfər, yük dövriyyəsi isə 3 milyon 873 min 596 ton təşkil edib.
Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.