Bakı, TurkicWorld
2024-cü ilin iyun ayında Türkiyənin Adana Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artaraq, 2 milyon 490 min 937 nəfər olub.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 2023-cü ilin analoji dövrü ilə müqayisədə 13 faiz artaraq, 2 milyon 43 min 248 nəfər, beynəlxalq reyslər üzrə isə 32 faiz artaraq 447 min 689 nəfər təşkil edib.
2024-cü ilin iyun ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 25 min 265 ton təşkil edib. 2024-cü ilin iyun ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 18 min 790 ton beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 23 faiz artaraq, 6 min 475 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin iyun ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin iyun ayı ilə müqayisədə 1 faiz artaraq, 22 min 967 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 19 min 325, beynəlxalq reyslər üzrə isə 4 faiz artaraq 3 min 642 olub.
Bu ilin iyun ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 104 milyon 725 min 264 nəfər, yük daşınması isə 2 milyon 242 min 185 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 214 milyon 5 min 980 nəfər, yük daşınması isə 4 milyon 211 min 507 ton təşkil edib.