BAKI,TurkicWorld, Nailə Babazadə
2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq, 4 milyard 499 milyon 901 min dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Keçən ilin dekabr ayında Türkiyə 385 milyon 460 min dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin dekabr ayı ilə müqayisədə 13,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində ( dekabr 2024- dekabr 2025) Türkiyə 4 milyard 499 milyon 901 min dollar məbləğində sement ixrac edib.







