BAKI,TurkicWorld,Yusif Şərifzadə
Livanın cənubundakı Nəbatiyyə rayonunun Deyr əz-Zəhrani qəsəbəsinə İsrail tərəfindən endirilən zərbə nəticəsində ölənlərin sayı dördə yüksəlib. Hücum zamanı daha beş nəfərin yaralandığı bildirilib.
TurkicWorld xəbər verir ki, Livan Mülki Müdafiə Xidmətinin məlumatına görə, şənbə günü baş verən hücumun ardından dağıntılar altında axtarış-xilasetmə işləri davam etdirilib.
Əvvəlcə hücum nəticəsində iki nəfərin öldüyü və beş nəfərin yaralandığı açıqlanmışdı.
Xilasetmə qrupları dağıntılar arasından daha bir şəxsin cəsədini çıxarıb.
Ayrı bir axtarış qrupu isə daha bir ölünün meyitini aşkarlayıb.
Bununla da Deyr əz-Zəhrani qəsəbəsinə endirilən zərbə nəticəsində ölənlərin sayı dördə çatıb.
Livanın cənubunda İsrailin davam edən hücumları bölgədə gərginliyi daha da artırıb.







