Son dəqiqə

İsrail Livan Yaxın Şərq Nəvaf Salam Beynəlxalq hüquq cənubi Livan Gərginlik evlərin dağıdılması

İsrailin cənubdakı kütləvi söküntülərə bəraəti məntiqə uyğun deyil - Nəvaf Salam

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Livanın Baş naziri Nəvaf Salam İsrailin ölkənin cənubunda yaşayış məntəqələrinin genişmiqyaslı dağıdılmasını hərbi obyektlərlə əlaqələndirməsini rədd edib.

TurkicWorld xəbər verir ki, Salam İsrailin bu iddialarını beynəlxalq hüquq prinsiplərinin və normalarının ciddi şəkildə pozulması adlandırıb.

Livan hökumətinin başçısı X sosial şəbəkəsində etdiyi paylaşımda İsraili ölkənin cənubundakı kənd və şəhərlərdə evləri, yaşayış məhəllələrini, infrastrukturu, dövlət binalarını və ibadət yerlərini dağıtmaqda ittiham edib.

Salam bildirib ki, bütöv kənd və şəhərlərin, o cümlədən yaşayış evləri, dövlət qurumları, ictimai obyektlər və dini məkanların “tamamilə hərbi obyekt” kimi təqdim edilməsi məntiqə uyğun deyil.

Onun sözlərinə görə, belə iddialar dağıntıları, əhalinin köçürülməsini və sakinlərin öz yaşayış yerlərinə qayıtmasının qarşısının alınmasını əsaslandıra bilməz.

Livan Baş naziri vurğulayıb ki, yaşayış məntəqələrinin məhv edilməsi beynəlxalq hüquq normaları ilə uyğun gəlmir.

Mövzuya görə xəbərlər