Son dəqiqə

İran Yaxın Şərq Oman İsmayıl Bəqai İran Xin Hörmüz boğazı Diplomatiya Gəmiçilik

Omanla Hörmüz boğazı üzrə danışıqlar müsbət irəliləyir - İsmayıl Bəqai

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyi Omanla Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunmasına dair aparılan danışıqların müsbət nəticələr verdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, tərəflər boğazda gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə giriş və çıxış marşrutlarının müəyyənləşdirilməsi üzərində işləyirlər.

İranın IRIB dövlət televiziyasının yaydığı məlumata görə, Bəqai danışıqların həm texniki, həm də siyasi baxımdan müsbət qiymətləndirildiyini bildirib.

Onun sözlərinə görə, Tehran Hörmüz boğazında gəmi hərəkətinin idarə olunması üçün zəruri mexanizmlərin hazırlanması istiqamətində fəaliyyətini davam etdirir.

Mövzuya görə xəbərlər