Son dəqiqə

ABŞ Ukrayna Volodimir Zelenski Donald Tramp Hava hücumundan müdafiə Lockheed Martin Patriot RTX

Tramp ilə "Patriot" raketlərinin Ukraynada istehsalını müzakirə etdik - Zelenski

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə keçirdiyi görüşdə Ukraynada "Patriot" hava hücumundan müdafiə raketlərinin istehsalına imkan verəcək lisenziyalaşdırma məsələsini müzakirə etdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Zelenskinin sözlərinə görə, görüş zamanı Ukraynada "Patriot" raketlərinin istehsalına şərait yarada biləcək lisenziya mexanizmi barədə fikir mübadiləsi aparılıb. Lakin tərəflər arasında bu istiqamətdə hər hansı razılaşmanın əldə olunub-olunmadığı hələlik məlum deyil.

Məlumata görə, ABŞ İranla müharibə zamanı İsraillə birgə həyata keçirdiyi əməliyyatlar çərçivəsində çoxlu sayda bahalı döyüş sursatından, o cümlədən İranın ballistik və qanadlı raketlərini, eləcə də pilotsuz uçuş aparatlarını məhv etmək üçün istifadə olunan "Patriot" raketlərindən istifadə edib.

Hazırda "Patriot" sistemlərinin yeganə istehsalçıları ABŞ şirkətləri RTX (keçmiş Raytheon) və Lockheed Martin hesab olunur. Mütəxəssislərin fikrincə, bu silahların istehsalı aylarla, bəzi hallarda isə illərlə vaxt tələb edir və Vaşinqton mövcud ehtiyatlarını yenidən formalaşdırmağa çalışır.

Volodimir Zelenski Donald Tramp ilə görüşünü İsrailin Baş naziri Benyamin Netanyahunun Ağ Evdə keçirdiyi ayrıca görüşdən əvvəl baş tutub.

Mövzuya görə xəbərlər