BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrail ordusunun Livanın cənubunda yerləşən iki binanı dağıtdığı bildirilir.
TurkicWorld xəbər verir ki, bu barədə İranın Tasnim xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, yerli mənbələr İsrail qüvvələrinin Livanın cənubundakı Kfar Tibnit qəsəbəsində iki binanı bombaladığını bildiriblər.
Tasnim-in yaydığı xəbərdə hücumun İsrail ordusu tərəfindən həyata keçirildiyi iddia olunur.
Hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib.
İsrail tərəfi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.







