Son dəqiqə

NATO İran ABŞ Ukrayna Ankara Volodimir Zelenski Donald Tramp

ABŞ Prezidenti İranın addımlarından narazı olduğunu bildirib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə jurnalistlərin suallarını cavablandırarkən İranın davranışından narazı olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, Tramp açıqlamasında İranın hazırkı addımlarından məmnun olmadığını deyib. O bildirib ki, Vaşinqton Tehranda hakimiyyət dəyişikliyi məqsədi güdmür, lakin ABŞ İranın nüvə silahına malik olmasını istəmir.

ABŞ Prezidenti qeyd edib ki, İran “çox pis davranır” və bu vəziyyət Vaşinqton üçün qəbuledilməzdir. Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Trampın açıqlaması NATO Zirvə Toplantısı çərçivəsində, ABŞ ilə İran arasında gərginliyin artdığı bir vaxtda səslənib.

Mövzuya görə xəbərlər