BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ vitse-prezidenti Cey Di Vens İsraildə ABŞ–İran razılaşmasını tənqid edən dairələrə cavab olaraq sərt açıqlama verib.
TurkicWorld xəbər verir ki, o, bu fikirləri Ağ Evdə jurnalistlərə açıqlamasında səsləndirib.
Vens bildirib ki, ABŞ Prezidenti Donald Tramp hazırda İsrailə ən çox dəstək verən liderlərdən biridir.
Onun sözlərinə görə, İsrailin müdafiə sistemlərinin böyük hissəsi ABŞ tərəfindən maliyyələşdirilir.
Vens İsraildə bəzi kabinet üzvlərinin ABŞ prezidentini əsas problem kimi görməsini tənqid edib.
O, İsraildə bu yanaşmanın reallıqdan uzaq olduğunu vurğulayıb.
ABŞ vitse-prezidenti İsrailin təhlükəsizlik məsələlərində ABŞ-ın rolunu xüsusi qeyd edib.
O, tənqidçilərə “reallığı qəbul etmək” çağırışı edib.







