Son dəqiqə

ABŞ Donald Tramp Yaxın Şərq İranABŞ Diplomatiya Beynəlxalq Münasibətlər Memorandum Müttəfiqlər

Tramp: ABŞ müttəfiqləri İran razılaşmasından “çox məmnundurlar”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp İranla əldə olunan memorandumla bağlı yeni açıqlama verib.

TurkicWorld xəbər verir ki, Tramp G7 sammiti kənarında danışarkən razılaşmanı müttəfiqlərin böyük əksəriyyətinin dəstəklədiyini bildirib.

O qeyd edib ki, ABŞ bu sənədi bir çox ölkələrlə, o cümlədən G7 üzvləri ilə müzakirə edib.

Trampın sözlərinə görə, bütün liderlər razılaşmadan “çox məmnundurlar”.

ABŞ Prezidenti bildirib ki, heç bir ölkə Vaşinqtona davam edən bombardmanların davam etdirilməsini tələb etməyib.

O, bu cür fikirləri tənqid edərək “bu, düzgün yanaşma deyil” ifadəsini işlədib.

Tramp razılaşmanın beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını vurğulayıb.

Açıqlama G7 sammiti çərçivəsində jurnalistlərlə söhbət zamanı verilib.

Mövzuya görə xəbərlər