Son dəqiqə

İsrail Livan Donald Tramp Yaxın Şərq Hizbullah Əhməd Əl-Şaraa

Tramp: Suriya prezidenti Hizbullah məsələsini həll edə bilər

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Prezidenti Donald Tramp Suriyanın Prezidenti Əhməd əl-Şaraa ilə bağlı diqqətçəkən açıqlama verib.

TurkicWorld xəbər verir ki, Tramp G7 sammiti çərçivəsində çıxışı zamanı əl-Şaraanın Livandakı Hizbullah məsələsi ilə məşğul ola biləcəyini bildirib.

ABŞ lideri qeyd edib ki, İsrailin hazırkı hərbi əməliyyatları çox sayda mülki itkiyə səbəb olur və bu səbəbdən alternativ yanaşmalar nəzərdən keçirilə bilər.

Trampın sözlərinə görə, Əhməd əl-Şaraa “çox yaxşı iş görür” və Hizbullahla münasibətdə sərt mövqe sərgiləyir.

O əlavə edib ki, Suriya lideri Hizbullahı “sevmir” və bu məsələdə effektiv addımlar ata bilər.

Tramp həmçinin Əhməd əl-Şaraanı “adi bir adam deyil” ifadəsi ilə xarakterizə edib və onu “çətin siyasi fiqur” adlandırıb.

ABŞ Prezidenti bu yanaşmanın regionda alternativ təhlükəsizlik modelinə çevrilə biləcəyini istisna etməyib.

Mövzuya görə xəbərlər