BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin həyata keçirdiyi bir neçə hava zərbəsi Livanın cənubundakı Nabatiyyə vilayətində azı 4 nəfərin ölümünə səbəb olub.
TurkicWorld xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Məlumata görə, ayrı-ayrı pilotsuz uçuş aparatları Mayfadun bölgəsində iki avtomobili hədəf alıb. Eyni ərazidə kənd meydanına da hücum edildiyi bildirilir.
Digər bir zərbə isə Şukin kəndində bir avtomobilə yönəldilib.
Hadisə nəticəsində bölgədə təhlükəsizlik vəziyyətinin gərgin olaraq qaldığı qeyd olunur.







