BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailə məxsus hərbi təyyarələr Livanın cənubundakı Nabatiyyə bölgəsində bir neçə hədəfə hava zərbələri endirib.
TurkicWorld xəbər verir ki, hücumlar ABŞ-ın İranla əldə olunan razılaşma çərçivəsində İsrailə atəşkəs çağırışlarının artdığı bir vaxtda baş verib.
Məlumata görə, hava hücumları ilə yanaşı İsrail artilleriyası da eyni bölgədə yerləşən Əli ən-Tahir yüksəkliklərini hədəf alıb.
Hadisə ilə bağlı yerli mənbələr hələlik insan tələfatı barədə məlumat olmadığını bildiriblər.
Zərbələrin miqyası və infrastruktur ziyanı ilə bağlı dəqiq qiymətləndirmələr aparılır.
Bölgədə vəziyyətin gərgin olaraq qaldığı və təhlükəsizlik risklərinin davam etdiyi qeyd olunur.







