Son dəqiqə

İsrail hərbi texnika Hizbullah atəşkəs cənubi Livan Artilleriya Çamaa Tire bölgəsi

Hizbullah Cənubi Livanda İsrail qüvvələrinə zərbələr endirdiyini bildirir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Hizbullah Cənubi Livanın Tire bölgəsində yerləşən Çamaa şəhərində İsrail əsgərlərinə və hərbi texnikasına zərbələr endirdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, təşkilat raket zərbələri və artilleriya atəşini ardıcıl dalğalar şəklində həyata keçirib. Hücumlar “atəşkəs” elan olunmasına baxmayaraq bölgədə davam edir.

İlkin məlumatlara görə, hadisə nəticəsində hələ ki, heç bir itki və ya xəsarət qeydə alınmayıb. Təşkilatın açıqlamaları regionda gərginliyin artmaqda olduğunu göstərir.

Mövzuya görə xəbərlər