Son dəqiqə

İsrail hücum Qəzza HƏMAS atəşkəs mülki əhali Həlak olanlar Çadır düşərgəsi Dəhşətli qırğın

Həmas Qəzza şəhərində İsrailin “dəhşətli qırğınını” pisləyib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Fələstin qruplaşması Qəzza şəhərində çadır düşərgəsinə edilən hücumu kəskin şəkildə pisləyib.

TurkicWorld xəbər verir ki, Həmasın sözçüsü Həzəm Qasim Telegram üzərindən yayılan bəyanatda İsrailin hücumunu “uşaqlar və qadınlara qarşı dəhşətli qırğın” adlandırıb. Hücum nəticəsində azı beş nəfərin həlak olduğu bildirilib.

Həzəm Qasim qeyd edib ki, hadisə ABŞ vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasının tətbiqini müzakirə etmək üçün Misirin paytaxtı Qahirədə keçirilən görüşlərlə eyni vaxta təsadüf edir. Onun sözlərinə görə, İsrail bu razılaşmanı keçən ildən etibarən dəfələrlə pozub.

Bəyanatda həmçinin vurğulanıb ki, bu hücum işğalçı qüvvələrin razılaşmanı pozmaq və məhv etmək istiqamətində fəaliyyət göstərdiyini göstərir və mülki əhaliyə qarşı davam edən məhv etmə müharibəsinin yeni mərhələsi kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər