Son dəqiqə

İsrail Livan İsrail ordusu Yaxın Şərq Hizbullah Eyal Zamir hərbi əməliyyatlar pilotsuz uçuş aparatları Regional Təhlükəsizlik

İsrail Baş Qərargahından sərt mesaj: Məhdudiyyət tanımayacağıq

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Hizbullaha qarşı həyata keçirilən əməliyyatlarla bağlı yeni açıqlamalar verib. O, İsrail qüvvələrinin təşkilata qarşı “misli görünməmiş zərər” vurduğunu iddia edib.

TurkicWorld xəbər verir ki, Eyal Zamir 210-cu diviziyanın hərbçiləri ilə görüşü zamanı bildirib ki, İsrailin əməliyyatları Livanın cənubunu əhatə edən və hərbi dairələrdə “sarı xətt” kimi tanınan məhdudiyyətlərlə məhdudlaşmayacaq.

“Sarı xətt bizi məhdudlaşdırmır. Təhdidi aradan qaldırmaq lazım olan hər yerdə fəaliyyət göstərəcəyik”, – deyə Baş Qərargah rəisi vurğulayıb.

Onun sözlərinə görə, İsrail ordusu yeni ərazilərdə manevrlər həyata keçirir və Hizbullahın hərbi imkanlarını sistemli şəkildə zəiflətmək məqsədilə əməliyyatları təşəbbüskar formada davam etdirir.

Zamir həmçinin martın 2-dən etibarən davam edən hərbi əməliyyatlar zamanı təxminən 2 500 Hizbullah döyüşçüsünün öldürüldüyünü iddia edib. Bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Baş Qərargah rəisi Hizbullahın pilotsuz uçuş aparatlarının İsrail üçün ciddi təhlükə yaratdığını da etiraf edib. Bununla belə, o, İsrail ordusunun bu təhlükənin öhdəsindən gəlmək üçün kifayət qədər imkan və resurslara malik olduğunu bildirib.

Mövzuya görə xəbərlər