Son dəqiqə

Qətər Oman telefon danışığı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Hörmüz boğazı dəniz nəqliyyatı Bədr Əlbusaidi Regional məsləhətləşmələr

Oman və Qətər regional məsləhətləşmələr çərçivəsində telefon danışığı aparıb

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Omanın xarici işlər naziri Bədr Əlbusaidi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə telefon danışığı aparıb.

TurkicWorld xəbər verir ki, Oman Xarici İşlər Nazirliyinin açıqlamasına görə, danışıq davam edən regional məsləhətləşmələr və mövqelərin əlaqələndirilməsi çərçivəsində baş tutub.

Tərəflər bir sıra məsələlər üzrə arzu olunan konsensusun əldə olunmasına dəstək verəcək addımları müzakirə ediblər. Danışıqlarda əsas mövzulardan biri Hörmüz boğazı vasitəsilə dəniz nəqliyyatının bərpası olub.

Mövzuya görə xəbərlər