Son dəqiqə

İran neft Sepah xam neft Hörmüz boğazı neft daşımaları

Hörmüz boğazından neft axını son iki gündə 60 faiz azalıb - İran

BAKI,TurkicWorld

Hörmüz boğazından daşınan xam neftin həcminin son iki gündə kəskin azaldığı bildirilir. İran mediasının məlumatına görə, boğazdan gündəlik neft axını təxminən 3,8 milyon barelə düşüb ki, bu da əvvəlki göstəricilərlə müqayisədə təxminən 60 faizlik azalma deməkdir.

TurkicWorld xəbər verir ki, İranın “Tasnim” agentliyi Hörmüz boğazından keçən neftin həftəlik orta gündəlik həcminin təxminən 9,3 milyon barel olduğunu bildirib. Agentliyin açıqladığı rəqəmlərə əsasən, son iki gündə daşınmanın həcmində əhəmiyyətli geriləmə qeydə alınıb.

Məlumat İran rəsmilərinin Hörmüz boğazındakı vəziyyətlə bağlı sərt açıqlamalar verdiyi bir dövrə təsadüf edir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşavirlərindən biri boğazın İran tərəfindən “tam nəzarətdə saxlanıldığını” iddia edib. O, Hörmüz boğazının ABŞ İranın tələblərini qəbul edənədək bağlı qalacağını bildirib.

SEPAH müşaviri hazırda boğazdan çıxarıldığını iddia etdiyi neftin həcminin “çox az” olduğunu da söyləyib.

İran mediasının neft axınının 60 faiz azalması ilə bağlı açıqladığı göstəricilər və SEPAH rəsmisinin boğazın statusu barədə iddiaları müstəqil mənbələr tərəfindən təsdiqlənmiş məlumat kimi təqdim edilməyib.

Mövzuya görə xəbərlər