BAKI,TurkicWorld Yusif Şərifzadə
İran milli futbol komandasının baş məşqçisi Amir Qələnoei bildirib ki, futbolçuların əksəriyyətinin yeddi həftədir rəsmi oyun praktikasından uzaq qalması səbəbindən məşqçi və fiziki hazırlıq heyətini Türkiyədə keçiriləcək təlim-məşq toplanışında komandanı Dünya Çempionatına hazırlamaq baxımından ciddi iş gözləyir.
TurkicWorld xəbər verir ki, İrana qarşı müharibənin fevralın 28-də başlamasından sonra ölkənin daxili çempionatı olan Persian Gulf Pro League dayandırılıb və turnirin Dünya Çempionatından sonra bərpa olunacağı bildirilib.







