BAKI,TurkicWorld,Yusif Şərifzadə
Misir millisinin baş məşqçisi Hossam Həsən dünya çempionatında Avstraliya üzərində qazanılan qələbəni Fələstin xalqına həsr edib.
TurkicWorld xəbər verir ki, Misir yığması Avstraliya ilə keçirilən qarşılaşmada penaltilər seriyasında 4:2 hesabı ilə qalib gələrək turnirin 1/8 finalına yüksəlib.
Gərgin keçən oyunda əsas və əlavə vaxtda qalib müəyyən olunmayıb və matç penaltilərə qədər uzanıb.
Qələbədən sonra Hossam Həsən çıxış edərək nəticəni Fələstin xalqına həsr etdiyini bildirib.
O, həmçinin Misir və Fələstin xalqlarına sülh və qələbə arzularını ifadə edib.
Məşqçinin açıqlaması Yaxın Şərq ölkələrində geniş rezonans doğurub.







