Bakı,TurkicWorld
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.
Turun bağlanış oyununda "Sabah" öz meydanında "Qarabağ"ı qəbul edib. "Sabah Arena"da keçirilən mərkəzi görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra "Sabah" 20 xalla turnir cədvəlinə başçılıq edir. Liderdən 2 xal az toplayan "Qarabağ" isə 3-cü pillədə qərarlaşıb.
Günün ilk matçında "İmişli" "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, IX turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"a, "Kəpəz" "Şəfa"ya 2:1, "Zirə" "Sumqayıt"a 3:2 hesabı ilə qalib gəlib, "Neftçi" isə "Turan Tovuz"la heç-heçə edib - 1:1.







