BAKI,TurkicWorld
Türkiyədə Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu və MHK-nin 7 üzvü saxlanılıb. Onlar mobbinq (mobbing — iş yerində bir şəxsin digər əməkdaş və ya rəhbərlik tərəfindən sistemli və davamlı şəkildə psixoloji təzyiqə, təqibə və alçaldıcı münasibətə məruz qoyulması) və rəsmi sənədlərin saxtalaşdırılması ittihamları üzə şübhəli bilinirlər.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Əməliyyat İstanbul, Ankara, Elazığ və Manisa vilayətlərində eyni vaxtda keçirilib.
Qeyd edək ki, iddialarla bağlı araşdırma şikayətçinin sentyabrın 15-də ifadə verməsindən sonra başlayıb.
Saxlanılan şəxslər:
MHK sədri Ferhat Gündoğdu
Türkiyə Futbol Federasiyasının (TFF) Fəal Hakimlər Dərnəyinin sədri Ferdi Karadoruk
TFF Mərkəzi Hakimlər Komitəsinin sabiq sədr müavini Ahmet Şahin
TFF Mərkəzi Hakimlər Komitəsinin sabiq üzvü Yunus Yıldırım
MHK üzvü və TFF-nin Təhsil və 4-cü Region üzrə məsul şəxsi Sebahattin Şahin
TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul şöbəsinin təşkilati məsələlər üzrə məsulu Alican Sağlar
TFF Hakimləri və Müşahidəçiləri Dərnəyinin İstanbul İl Hakimlər Komitəsinin sədri Emre Kosif







