BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf futbol üzrə 2026-cı il dünya çempionatındakı çıxışına görə İran milli komandasını təbrik edib.
TurkicWorld xəbər verir ki, İranın Tasnim agentliyinin yaydığı məlumata görə, Məhəmməd Baqir Qalibaf komandanın Dünya çempionatında ölkəsinin adını layiqincə təmsil etdiyini bildirib.
O qeyd edib ki, futbolçular İranın adını beynəlxalq arenada müdafiə edib, dövlət himnini dünya ictimaiyyətinə çatdırıb və ölkənin bayrağını qürurla nümayiş etdiriblər.
Qalibafın sözlərinə görə, milli komanda hərtərəfli təzyiqlərlə üzləşməsinə baxmayaraq, əzmkarlıqla mübarizə apararaq İran xalqının iradəsini, həmrəyliyini və yüksək ruhunu nümayiş etdirib.
İran rəsmiləri daha əvvəl bəyan etmişdilər ki, komanda dünya çempionatı zamanı ABŞ-də viza və yerləşdirmə ilə bağlı ciddi problemlərlə üzləşib və onlara qarşı "ən siyasiləşdirilmiş münasibət" göstərilib.







