Son dəqiqə

Çexiya Dünya çempionatı Səudiyyə Ərəbistanı Cənubi Koreya Şotlandiya Uruqvay Qana 2026-cı il dünya çempionatı

Dünya Çempionatından sonra baş məşqçilər istefa verir - Siyahıda kimlər var?

BAKI,TurkicWorld Orxan Qədirzadə

Dünya Kubokunda uğursuz çıxışdan sonra bir sıra milli komandalar baş məşqçiləri ilə yollarını ayırıb, bəzi futbol rəsmiləri isə istefa verib.

Məlumata görə, Cənubi Koreya millisinin baş məşqçisi Hon Myonq Bo istefa verib.

Şotlandiya millisinin baş məşqçisi Stiv Klark, Çexiya millisinin baş məşqçisi Miroslav Koubek, Uruqvay millisinin baş məşqçisi Marselo Byelsa, Qana millisinin baş məşqçisi Karlos Keyroş, Tunis millisinin baş məşqçisi Erve Renar və Portuqaliya millisinin baş məşqçisi Roberto Martines də vəzifələrindən ayrılıblar.

Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir əl-Misəhal da istefa verib.

Niderland Futbol Federasiyası isə milli komandanın baş məşqçisi Ronald Kumanla əməkdaşlığa son verib.

Bundan başqa, Almaniya Futbol Federasiyası Yulian Naqelsmann, İordaniya Futbol Federasiyası isə baş məşqçi Camal Sellami ilə yollarını ayırdığını açıqlayıb.

Mövzuya görə xəbərlər