Son dəqiqə

İran ABŞ Dünya çempionatı İsmayıl Bəqai Markveyn Mallin İran milli komandası

ABŞ Dünya çempionatının ev sahibi prinsiplərinə əməl etməyib - İsmayıl Bəqai

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ni 2026-cı il futbol üzrə dünya çempionatı zamanı İran milli komandasına qarşı qərəzli münasibət göstərməkdə ittiham edib.

TurkicWorld xəbər verir ki, İsmayıl Bəqai bildirib ki, İran milli komandası turnir ərzində "ən siyasiləşdirilmiş münasibətlə" üzləşib.

Onun sözlərinə görə, viza məsələsi yarışın əvvəlindən ciddi problem yaradıb və komandanın məşqçilər heyətinin, eləcə də futbol federasiyasının xeyli sayda nümayəndəsinə viza verilməyib.

İsmayıl Bəqai əlavə edib ki, İran milli komandasının oyunların keçirildiyi məkandan kənarda yerləşdirilməsi də əlavə çətinliklər yaradıb.

Sözçü, həmçinin ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mallinin İran yığmasının turnirdən kənarda qalmasını sevinclə qarşıladığına dair açıqlamasını sərt tənqid edib.

İsmayıl Bəqai bildirib ki, bu cür bəyanatlar beynəlxalq idman yarışlarının ruhuna və ev sahibi ölkənin üzərinə düşən öhdəliklərə uyğun deyil.

Mövzuya görə xəbərlər