BAKI. TurkicWorld:
İsrailə məxsus hərbi təyyarələr bu gün günorta saatlarında Livanın cənubundakı Nabatiyə bölgəsinin Haruf qəsəbəsinə hava zərbələri endirib. Livanın Milli Xəbər Agentliyinin yaydığı məlumata görə, nəticədə bir yaşayış evi dağıdılıb və ətrafdakı bütün məhəlləyə ciddi ziyan dəyib.Məlumata əsasən, bir mülki şəxs də yaralanıb.
İsrailin zərbələri həmçinin Şukin–Nabatiyə magistral yolunda yerləşən uşaq evinin yaxınlığını hədəfə alıb, yol bombalanaraq istifadəyə yararsız vəziyyətə salınıb.
Hava hücumları nəticəsində onlarla mağaza və mənzilin də dağıldığı bildirilir. İsrailin hücumları həmçinin Qaaqayt əl-Cisr, Deyr Kifa və Kfar Dunin qəsəbələrini də əhatə edib.







