Son dəqiqə

Suriya İraq İŞİD İŞİD-ə qarşı ABŞ-Suriya əməkdaşlığı İŞİD terror təşkilatı İraq və Suriya dərsləri

Suriyadan İraqa köçürülən minlərlə İŞİD üzvü istintaqa cəlb edilib

BAKI, TurkicWorld, Nailə Babazadə

Bağdadda güclü mühafizə olunan saxlanma müəssisəsində Suriyadan İraqa köçürülən minlərlə İŞİD şübhəlisi istintaqa cəlb edilib.

TurkicWorld xəbər verir ki,ABŞ hərbçilərinin müşayiəti ilə Suriyanın şimal-şərqindəki həbsxanalardan 60 müxtəlif ölkənin vətəndaşı olan 5 mindən çox saxlanılan şəxs Bağdada gətirilib. Köçürülmə Suriyada vəziyyətin gərginləşməsi fonunda mümkün qaçış risklərinin qarşısını almaq məqsədi daşıyıb.

İraq hakimiyyəti həmin şəxslərdən bəzilərini məhkəməyə çıxarmağa hazırlaşır. İstintaq komitəsinə rəhbərlik edən hakim Əli Hüseyn Cəfat bildirib ki, məhbusların sayının çoxluğu prosesi çətinləşdirir. Onun sözlərinə görə, saxlanılanlar 14 ərəb və 46 digər ölkənin vətəndaşlarıdır.

İraq rəsmiləri bəyan edib ki, ölkə ərazisində cinayət törətmiş şəxslər açıq məhkəmə prosesində mühakimə olunacaq. Bir çox dövlət isə öz vətəndaşı olan radikalları geri qəbul etməyə tələsmir.

ABŞ rəhbərliyindəki beynəlxalq koalisiya İŞİD-i 2017-ci ildə İraqda, 2019-cu ildə isə Suriyada hərbi baxımdan məğlub edib, lakin regionda təhlükəsizlik riski hələ də qalmaqdadır.

Mövzuya görə xəbərlər