Son dəqiqə

Suriya İŞİD Homs Əli əl-Sufi Palmira İŞİD terror təşkilatı

Suriyanın Palmira şəhəri yaxınlığında İŞİD-ə qarşı əməliyyat keçirilir

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Homs vilayətinin və Suriya səhrasının bir neçə ərazisində İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə barədə "Əl-İxbariyyə" telekanalı xəbər verib.

Məlumata əsasən, əməliyyat Palmirada birgə Suriya-Amerika patruluna edilən hücuma cavab olaraq keçirilir.

Təhlükəsizlik qüvvələrinin nümayəndəsi Əli əl-Sufi bildirib ki, əməliyyat Suriyanın şərq və cənub-şərq hissələrində, Suriya səhrasında gizlənən İŞİD ilə əlaqəli silahlılara qarşı yönəlib. "Syria TV"-nin məlumatına əsasən, ABŞ-nin rəhbərlik etdiyi koalisiya atışma hadisəsindən sonra Palmira və ətraf ərazilərdə həbs kampaniyası aparır.

Mövzuya görə xəbərlər