Son dəqiqə

Fələstin İsrail Yəmən Tel-Əviv

Yəmən Silahlı Qüvvələri Tel-Əvivi ballistik raketlə hədəfə alıb

BAKI, TurkicWorld, Fərid Mikayılov

Yəmən ordusunun sözçüsü Yəhya Sari şənbə günü verdiyi açıqlamada “Fələstin-2” ballistik raketi ilə Tel-Əvivdəki həssas hədəflərə zərbə endirildiyini bildirib.

TurkicWorld xəbər verir ki, onun sözlərinə görə, əməliyyat Fələstin xalqına dəstək məqsədilə, Qəzzaya qarşı soyqırımı və blokadaya cavab olaraq həyata keçirilib.

Raket zərbəsi nəticəsində İsrail ərazilərində ciddi təşviş yarandığı, çox sayda insanın sığınacaqlara üz tutduğu qeyd olunub.

Sari əlavə edib ki, İsrailin hücumları Yəmənin mövqeyini zəiflətməyəcək, əksinə müqaviməti gücləndirəcək. O, əməliyyatların İsrailin hücumları dayandırılana və Qəzza blokadası aradan qaldırılana qədər davam edəcəyini vurğulayıb.

İsrail ordusu da Yəmən ərazisindən işğal olunmuş Fələstin torpaqlarına raket atıldığını təsdiqləyib. Raket atışından sonra Tel-Əvivdə hava hücumundan müdafiə siqnalları işə salınıb.

Mövzuya görə xəbərlər