Son dəqiqə

Fələstin İsrail Qəzza zolağı Humanitar böhran atəşkəs Fələstin Səhiyyə Nazirliyi Hücumlar

Qəzza zolağında İsrail hücumları nəticəsində 8 fələstinlinin öldüyü bildirilir

BAKI,TurkicWorld,Yusif Şərifzadə

Qəzza zolağında son 24 saat ərzində İsrail hücumları nəticəsində azı səkkiz fələstinlinin öldüyü, 17 nəfərin isə yaralandığı açıqlanıb.

TurkicWorld xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, dağıntılar altında qalan və yollarda yaralı vəziyyətdə olan bəzi şəxslərə xilasedici və mülki müdafiə qrupları hələ də çata bilmir.

Nazirlik bildirib ki, hücumlar nəticəsində ölənlərin və yaralananların sayı artmaqda davam edə bilər.

Fələstin tərəfinin açıqlamasına əsasən, ötən ilin oktyabrında elan edilən atəşkəsdən sonra İsrail hərbi əməliyyatları nəticəsində azı 1092 fələstinli həyatını itirib, 3507 nəfər isə yaralanıb.

Qəzza zolağında humanitar vəziyyət və dağıntılar altında qalan insanların taleyi ilə bağlı narahatlıqlar davam edir.

Mövzuya görə xəbərlər