BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu “güclü müharibə dövrü baş naziri” kimi qiymətləndirib.
TurkicWorld xəbər verir ki, Tramp ABŞ prezidentləri arasında İsrail üçün ən çox iş görən şəxsin özü olduğunu bildirib.
O, ABŞ-nin Qüdsü İsrailin paytaxtı kimi tanımasını buna nümunə göstərib. Tramp Netanyahu ilə çox yaxın əməkdaşlıq etdiyini də vurğulayıb.
ABŞ Prezidenti Netanyahunun yenidən seçilməsini istəyib-istəmədiyi barədə suala isə onun daxili siyasəti haqqında məlumatı olmadığını deyib.
Tramp əlavə edib ki, Netanyahunun yaxşı iş gördüyünü düşündüyü üçün onun ölkəsində nüfuzlu olmalı olduğunu hesab edir.






