Son dəqiqə

İsrail Macarıstan Beynəlxalq Cinayət Məhkəməsi Peter Siyarto Budapeşt Viktor Orban Benyamin Netanyahu

Netanyahunun həbs qərarından sonra Macarıstan BCM-dən çəkilir

BAKI, TurkicWorld

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən rəsmi şəkildə çıxmaq qərarını təsdiqləyib.

TurkicWorld xəbər verir ki, Budapeşt administrasiyası İsrailin baş naziri Binyamin Netanyahu haqqında həbs qərarı verən məhkəmədən geri çəkilmək üçün prosesə başlayıb.

Macarıstan parlamenti çərşənbə axşamı keçirilən səsvermə nəticəsində ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması üçün hüquqi prosedura start verib. Baş nazirin müavini Zsolt Semjenin təqdim etdiyi qanun layihəsi 134 lehinə, 37 əleyhinə səslə qəbul olunub.

Xarici İşlər naziri Peter Szijjarto açıqlamasında BCM-nin İsrailin baş naziri Netanyahuya qarşı çıxardığı həbs qərarını siyasi motivli adlandıraraq, "Macarıstan siyasi məqsədlərə xidmət edən bir məhkəmə sisteminin bir hissəsi olmaq istəmir", – deyə bildirib.

Qeyd edək ki, Viktor Orban hökuməti bu ilin aprelində BCM-dən çıxmaq niyyətini elan edib. Bu qərar Netanyahunun Budapeştə rəsmi səfəri ilə eyni vaxta təsadüf edib. Çıxma prosesi yekunlaşdıqdan sonra Macarıstan, Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımayan yeganə Avropa İttifaqı ölkəsi olacaq.

Mövzuya görə xəbərlər