BAKI,TurkicWorld
Qəzza zolağında davam edən İsrail hücumları nəticəsində ölən fələstinlilərin sayının 73 910 nəfərə yüksəldiyi açıqlanıb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, yaralananların sayı isə 174 914 nəfərə çatıb.
TurkicWorld xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi şənbə günü yayımladığı son məlumatda minlərlə insanın hələ də dağıntılar altında qaldığını bildirib.
Məlumata görə, bölgədə humanitar vəziyyət ağır olaraq qalır və axtarış-xilasetmə imkanlarının məhdud olması səbəbindən bəzi itkilərin dəqiq sayının müəyyənləşdirilməsi çətinləşir.
Tədqiqatçılar bütün itkinlərin və dağıntılar altında qalan şəxslərin müəyyənləşdirilməsindən sonra ölənlərin ümumi sayının daha da arta biləcəyini bildirirlər.
Almaniyada yerləşən Maks Plank Demoqrafik Araşdırmalar İnstitutunun noyabr ayında yayımladığı araşdırmada Qəzzada münaqişənin ilk iki ili ərzində ölənlərin sayının 100 min nəfərə çata biləcəyi qeyd olunub.
İsrail Qəzza zolağına qarşı hərbi əməliyyatlara 2023-cü il oktyabrın 8-də başlayıb. Münaqişə beynəlxalq təşkilatların və humanitar qurumların diqqət mərkəzində qalmaqda davam edir.







